Görüşdə ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə də xüsusi diqqət yetiriləcək
Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. Görüşlər Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasının ildönümünə həsr olunub, – TASS Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
“Üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə də xüsusi diqqət yetiriləcək», – məlumatda deyilir.
Putinin Əliyev və Paşinyanla ayrıca görüşləri də nəzərdə tutulub.
Belə bir görüşün noyabrın 9-da keçirilməsi planlaşdırılırdı. Amma son anda Nikol Paşinyan bundan imtina etdi.
Daha sonra da Avropa İttifaqı Şurasının rəhbərinin təşəbbüsü ilə Əliyevlə Paşinyan arasında dekabrın 15-də Brüsseldə görüş barədə razılıq əldə olunmuşdu