Əliməmməd Nuriyev: 100-dən artıq məhbusun müraciətinə baxılıb

Müraciət edənlərin kimliyi açıqlanmır

Source:
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev


Müraciət edənlərin kimliyi açıqlanmır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası fevralın 8-də 100-dən artıq məhbusun müraciətinə baxıb.

Bu haqda Meydan TV-yə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun bildirdiyinə görə, komissiyanın növbəti toplantısında əfvlə bağlı müraciətlərin bir qismi araşdırılıb.

Müraciətlərin bir çoxuna müsbət qiymət veridliyini ifadə edən Ə.Nuriyev müraciət edənlərin kimiliyi haqda danışmayıb.

“Hər bir məhbus barədə Qeyri-Hökumət Təşkilatları, vəkilləri, yaxınları müraciət edə bilər. Müraciətlərə baxılmasında heç kimə fərq qoyulmur, geniş müzakirə olunur, arayış hazırlanır, rəylər verilir”, Ə.Nuriyev bildirib

Əfv üçün edilən müraciətlərə baxılması başa çatdıqdan sonra müvafiq siyahı ölkə başçısına təqdim ediləcək.

Azərbaycanda sonuncu əfv sərəncamı 2017-ci il martın 16-da imzalanıb. Sərəncama əsasən 423 nəfər azad edilib.

Ana səhifəXəbərlərƏliməmməd Nuriyev: 100-dən artıq məhbusun müraciətinə baxılıb