Əli Kərimlinin köməkçisi saxlanılıb

20 avqustda “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli evinin yaxınlığında saxlanılıb. Bir az sonra məlum olub ki, o, “Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətləri”nin qarşısının alınması məqsədi ilə başlanılan cinayət işi üzrə dindirilmək üçün adı çəkilən idarəyə aparılıb.

Axtarışlar nəticəsində F.Əmirlinin maşınından Fətullah Gülənə aid kitab və CD disk götürülüb. Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli MeydanTV-yə bildirib ki, Faiq Əmirli saxlanılan zaman başqa maşına mindirilib öz maşını isə açarları ilə birlikdə polislərdə olub. Onlar maşını naməlum istiqamətə aparıblar.

İyulun əvvələrində Faiq Əmirli təqib olunduğunu xəbər vermişdi. O, işə gələrkən naməlum şəxslərin qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Təqiblər təkrarlandıqca “Azadlıq”ın rəhbərliyi Daxili İşlər Nazirliyini bununla bağlı məlumatlandırıb.

Ana səhifəVideoƏli Kərimlinin köməkçisi saxlanılıb