Əli Kərimlini “Fairmont” hotelinə buraxmadılar

Avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşüblər

Source:

Avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşüblər

Məlumatı AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının iclasları Bakıda – hakim ailətə məxsus olan “Fairmont” otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə məni onların tədbirinin keçirildiyi “Fairmont” hotelinə dəvət etmişdilər. Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi. Təhlükəsizlik qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin mənimlə hotelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər. Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı. Bu dəfə də avropalı deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər”.

AXCP sədri qonaqların onunla birlikdə hoteli tərk etdiyini yazıb: “Şəhərdə kafelərin birində görüşümüzü davam etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki, görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri altındaydılar”.

Ana səhifəXəbərlərƏli Kərimlini “Fairmont” hotelinə buraxmadılar