Əli Kərimli yenidən AXCP sədri seçildi

Sahib Kərimli səsvermənin gizli keçirilmədiyi üçün namizədliyini geri götürüb

Source:


Sahib Kərimli səsvermənin gizli keçirilmədiyi üçün namizədliyini geri götürüb

Sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyası VI (IX) Qurultayında Xəzər şöbəsinin sədri Hacı Əmrulla sədrliyə Əli Kərimlinin namizədliyini irəli sürüb. Partiya üzvü Sahib Kərimli isə öz namizədliyini irəli sürüb və səsvermənin gizli keçirilməsini təklif edib. Təklif səsə qoyulub, iki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olunub. Belə olanda Sahib Kərimli namizədliyini geri götürüb.

Səsvermə nəticəsində qurultay nümayəndələri növbəti dövr üçün AXCP sədri kimi Əli Kərimlinin namizədliyini dəstəkləyiblər. Ə.Kərimli göstərilən etimada görə cəbhəçilərə təşəkkür etdi.

Ana səhifəXəbərlərƏli Kərimli yenidən AXCP sədri seçildi