Əli İnsanov: Şüşə evdə yaşayan heç kimə daş atmaz!

Mənəvi dəyərlərin itirildiyi, əxlaqı normaların gözlənilmədiyi, Allah xofunun unudulduğu yaratdıgınız sistemdə sən insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməzsən.

Foto: Meydan TV


Sabiq səhiyyə naziri müraciət yaydı

Bu ilin mart ayında əfv olunan sabiq səhiyyə naziri Əli İnsanov müraciət yayıb.

Əli İnsanov hakimiyyətin onu regionçuluqda və korrupsiyada günahlandırmasına etiraz edib. Sabiq nazir həbs olunarkən evində axtarış zamanı şəxsi arxivinin qanunsuz götürüldüyünü və sonradan məhv edildiyini xatırladıb.

Ə.İnsanov Azərbaycanda onunla baglı keçirilən 120-yə yaxın məhkəmə prosesinin heç birində xeyrinə qərar çıxarılmadığını bildirib:

“Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi mənə qarşı qondarma, saxta ittihamları, qərəzli istintaq işini və nəhayət, ədalətsiz məhkəmələrin aparılmasını təsdiqləyib. Məhkəmə qərarında Avropa konvensiyasının 3-cü maddəsi də qəbul edilərək mənə işgəncələrin verilməsi faktı da təsdiqlənib və hökumət cərimələnib. Ancaq cərimə ödənilsə də, qərar tam icra olunmayıb, mənim azadlığım təmin edilməyib. Mən İlham Əliyevə səslənirəm:

Mənəvi dəyərlərin itirildiyi, əxlaqı normaların gözlənilmədiyi, Allah xofunun unudulduğu yaratdıgınız sistemdə sən insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməzsən. İlham Əliyev, əgər sizin yaratdıgınız siyasi sistem qadagalardan asılıdırsa, deməli, çox ugursuz prezidentsən.

Belə bir siyasi sistemi qoruyub saxlamaq uçün istər-istəməz sən amansız diktatora çevrilməlisən. Və sonda, İlham Əliyev: "Şüşə evdə yaşayan heç kimə daş atmaz!"

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddətinin başa çatmasına 1 ay qalanda növbəti cinayət işi açılıb və 7 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətƏli İnsanov: Şüşə evdə yaşayan heç kimə daş atmaz!