Əli Həsənovun nəvəsinin məhkəməsindən: ”Əsgərlikdə olmayıb və heç yerdə işləmir”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin məhkəməsi başladı

Source:


Nail Allahverdiyev heç yerdə işləmədiyini və əsgərliyə getmədiyini deyib

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobillə qəza törətmiş baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Rəsmi məlumata görə, Nail Allahverdiyev avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qəza törədib və nəticədə iki nəfər ölüb, iki nəfər ağır bədən

xəsarəti alıb

.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesə N.Allahverdiyev əli qandallı gətirilib. İclasda onun vəkilləri Muxtar Mustafayev və Əli Hüseynovla yanaşı zərərçəkmiş şəxslərdən bir neçəsi iştirak edib. İclasda anket məlumatları dəqiqləşdirilən zaman N.Allahverdiyev deyib ki, 1994-cü il fevralın 25-də Sumqayıtda anadan olub, ailəlidir, ali təhsili var, heç yerdə işləmir, əvvəllər məhkum edilməyib və hərbi xidmətdə olmayıb.

Prokuror Ramin Nağdəliyev işin məhkəmə baxışına verilməsini istəyib. Bildirib ki, istintaq düzgün aparılıb.

İşin məhkəmə baxışına verilməsinə etiraz edilməyib. Məhkəmə baxışı dekabrın 1-nə təyin edilib.

Nail Allahverdiyev Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinir.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozmaqda təqsirləndirilən “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da saxlanılıb və barəsində 1 aylıq həbs qərarı verilib.

Ana səhifəXəbərlərƏli Həsənovun nəvəsinin məhkəməsindən: ”Əsgərlikdə olmayıb və heç yerdə işləmir”