Əli Həsənov nəvəsi ilə bağlı danışmaq istəmədi

“Hüquqi ölkədə məsuliyyət fərdidir”

Source:


“Hüquqi ölkədə məsuliyyət fərdidir”

“Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Bu sözləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “gununsesi.info” saytının əməkdaşı ilə söhbətində deyib.

O, nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə bağlı danışmaq istəməyib.

Avqustun 3-də gecə saatlarında Bakının Heydər Əliyev prospektində baş verən qəzada yanan “Mercedes Galendewagen” markalı avtomobilin Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu müəyyənləşib.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Ana səhifəXəbərlərƏli Həsənov nəvəsi ilə bağlı danışmaq istəmədi