Əli Abbasova yeni vəzifə verildi

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib

Source:


Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib

Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb, xəbəri APA yayıb.

AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

Bundan əvvəl keçmiş təhsil naziri Misir Mərdanova da AMEA-da vəzifə verilmişdi.

Ana səhifəXəbərlərƏli Abbasova yeni vəzifə verildi