Elgiz Qəhrəmanın şikayəti təmin edilmədi

NİDA-çı ittihamı yalan adlandırdı

Source:
Elgiz Qəhrəman


NİDA-çı ittihamı yalan adlandırdı

Mayın 18-də Bakı Apelyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda E. Qəhrəman çıxış edərək, ittihamın  yalan olduğunu deyib. Bildirib ki,  saxlanılarkən üzərində narkotik olmayıb və narkotiki onun  cibinə polislər qoyub: ” Bununla kifayətlənməyib, evimizdə axtarış da aparıblar, mənzilə iki dini kitab qoyub, sonra da onu axtarış zamanı tapılmış kimi qələmə veriblər. O kitablardan biri də rus dilində idi. Mən, umumiyyətlə, rus dilini bilmirəm”.

Prokuror isə Elgiz Qəhrəmanın şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Hakimlər müşavirədən sonra qərarı elan ediblər. Qərara əsasən şikayət təmin edilməyib.

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3,315 qram heroin tapıldığı iddia olunur.

NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərElgiz Qəhrəmanın şikayəti təmin edilmədi