Eldəniz Quliyev 6 ay həbs oluna bilər (VİDEO)

Sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyilə daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı iddiasına baxılıb.

Eldəniz Quliyevin vəkili Elçin Sadıqov nazir Ramil Usubovun məhkəmədə iştirak etməsi barədə vəsatət qaldırsa da, qəbul olunmayıb.

“Əgər Ramil Usubova ziyan dəyibsə, o, mütləq məhkəmədə iştirak etməlidir. Bugünə qədər polislər də rüşvət alıb, yaxud DYP-çilər qanunsuz cərimələr edib, buna görə nazir nə üçün onların məsuliyyəti haqda susur? Məgər, bunlar onun təhqir olunması deyilmi?”, – deyə vəkil bildirib.

MeydanTV-yə danışan Eldəniz Quliyev deyib ki, “Biz arzularımızın puç olduğu mərhələyə yetişmişik. Mənim siyasi, ictimai fəaliyyətimə görə bu qurama ittihamdır. Nəyin bahasına olursa olsun məni təcrid etmək istəyirlər”.

Məhkəmədə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi açıldığı elan olunub. 147.1 maddəsinə görə, 100 manatdan 500 manata qədər cərimə, 240-480 saata qədər işləmək, 6 aylıq həbs müddəti. 148-ci maddə isə 300 manatdan min manata qədər cərimə, 6 ay həbs müddəti, 240-480 saat işləmək nəzərdə tutulur.

Ana səhifəVideoEldəniz Quliyev 6 ay həbs oluna bilər (VİDEO)