Eldar Mahmudovun oğlunun adına sənədləşdirilən bazarda yanğın 17 min kvadratmetri əhatə edib

Sonradan həmin ticarət mərkəzinin əl dəyişdirdiyi deyilir.

Source: Meydan.TV

KİV: ''Binada yaxın günlərdə söküntü işləri aparılacaq''

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra ərazidə təmizlik işləri aparılır.

Yanğın

martın 26-da

baş verib.

“Report”un xəbərinə görə, yanğın baş verən binada alovun qarşısı alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ərazini tərk etməyib və bina indiyədək FHN-nin canlı heyəti və texnikası vasitəsilə mühafizə olunur.

1473267548_36.jpg
Anar Mahmudov

Məlumatda deyilir ki, ərazidə təmizlik işləri yekunlaşdırıldıqdan sonra bina müvafiq qurumlara təhvil veriləcək və binada yaxın günlərdə söküntü işləri aparılacaq.

“Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğın, təxminən, 17 min kvadratmetrdən çox sahəni əhatə edib. Binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın digər hissələri (17 284 kvadratmetr) isə yanıb. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir”, xəbərdə deyilir.

Meydan TV-nin 2016-cı ildə dərc etdiyi araşdırmada bildirilib ki, adıçəkilən ticarət mərkəzi keçmiş milli təhlükəsizlik naziri

Eldar Mahmudovun oğlu Anar Mahmudov

undur.

Sonradan həmin ticarət mərkəzinin əl dəyişdirdiyi deyilir. Sahibkarlar iddia edirlər ki, onlar hər ay icarə haqqını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adamlarına ödəyiblər

Ana səhifəXəbərlərEldar Mahmudovun oğlunun adına sənədləşdirilən bazarda yanğın 17 min kvadratmetri əhatə edib