Eldar Mahmudovun əmisi oğlu vəzifəsindən azad olunmayıb (yenilənib)

Ilqar Mahmudov Səbayel Rayonun Polis rəisi idi

Source:


12.40. Trend.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər.


İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.

“Report”un xəbərinə görəsə, İlqar Mahmudov vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb.


İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Ana səhifəXəbərlərEldar Mahmudovun əmisi oğlu vəzifəsindən azad olunmayıb (yenilənib)