Elçin Zahiroğlu MTN-nə müraciət etdi

Source:

İyulun 10-dan etibarən haker hücumuna məruz qalaraq dağıdılan Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu Milli Tıhlükəsizlik Naziriliyinə müraciət edib.

Bu barədə baş redaktor Elçin Zahiroğlu Facebook səhifəsində yazıb.

Baş redaktor saytın fəaliyyətini bərpa etməyə çalışsalar da, cəhdlərinin uğursuz olduğunu bildirib: “Müxtəlif yerlərdən edilən kiberhücumlarla saytı dağıtmağa cəhd edirlər. Bu, açıq şəkildə, cəmiyyətin gözü önündə törədilən cinayətdir. Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. İnanıram ki, bu da “Facebook” profilimin oğurlanması və digər saytlara olunan hücumlarla bağlı edilən müraciətlər kimi gözardı olunmayacaq”.

Ana səhifəXəbərlərElçin Zahiroğlu MTN-nə müraciət etdi