Ekvadorda zəlzələ – 233 nəfər öldü (Yenilənib)

Hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib

Source:


Hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib

Ekvadorda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü ölkə prezidenti Rafael Korrea məlumat verib.

“Rəsmi rəqəm 233-ə çatıb, Tarki-de-Manta rayonu çox ziyan çəkib, binalar dağılıb, vitse-prezident Portovyexo şəhərinə yollanır”, – deyə Korrea “twitter” mikrobloqunda yazıb.

***

Aprelin 17-də gecə saatlarında Ekvadorda 7,8 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər xəsarət alıb.

Bu barədə

tass.ru

ölkənin vitse-prezidenti Xorxe Qlas Espinele istinadən məlumat yayıb.

O, ölkədə fövqəladə vəziyyət rejiminin elan olunduğunu bəyan edib və 17 aprel zəlzələsinin 1979-cu ildən sonra ölkədə baş verən ən güclü zəlzələ olduğunu deyib.

Hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib. Vtse-prezident sahil rayonlarından evakuasiya edilən sakinlərin artıq öz evlərinə qayıda biləcəyini, sunami təhlükəsinin olmadığını də açıqlayıb.

Ana səhifəXəbərlərEkvadorda zəlzələ – 233 nəfər öldü (Yenilənib)