Ekumenik səfər

Source:
foto APA
foto APA

Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfərini, çox güman ki, ekumenik səfər adlandırmaq olar, baxmayaraq ki, bu ölkə dini tərkibinə görə müsəlman ölkəsidir.

Papanın səfərinin xarakteri ilə bağlı ekumenik termini yalnız onun bir gün əvvəl etdiyi Gürcüstan səfəri ilə bağlı istifadə olunub. Katolik kilsəsinin başçısına yaxın CiviltàCattolica jurnalının direktoru Antonio Spadaro deyib ki, Papanın Qafqaz səfərinin mühüm vəzifəsi tarixən Moskva ilə əlaqəli olan və sonuncu Ümumdünya Kilsə Məclisində iştirak etməyən Gürcüstan Pravoslav Kilsəsi ilə ekumenik dialoq qurmaqdır (bax: Regnum).

Səfərin Azərbaycan hissəsinə dinlərarası dialoq qurulması kimi baxılır. LaCroix katolik qəzeti qeyd edir ki, katolik dairələrdə səfəri işarə hesab edirlər, belə ki, Azərbaycan şiə icması üstünlük təşkil edən, amma qonşu Şimali Qafqazda xeyli çox olan sünnilərlə konstruktiv və yaxşı münasibətləri olan müsəlman ökəsidir.

Papa Fransisk xristianları katoliklərə, proestantlara, pravoslavlara və başqalarına ayıran maneələrin aradan qaldırılmasını nəzərdə tutan xristian ekumenizminin fəal tərəfdarı kimi məşhurdur. Amma o, həmçinin ortaq köhnə əhd və əhdi-cədid kökləri olan xristianlığın və müsəlmanlığın birləşməsi ideyalarına da diqqətlə yanaşır. Bu mənada Vatikan əsrlərdir dialoqu olan islamın şiə qolu ilə dialoq qurmağa daha çox müvəffəq olur. “Katolik-islam dialoqunun veteranı Benediktli ata Mark Serna deyir ki, “sünni müsəlmanlardan fərqli olaraq, şiələr katoliklərlə dialoq üzrə yeganə tərəfdaşlardır”, bunun arxasında qədim ənənələr, təcrübə və praktika durur. Katoliklər və şiələr bir çox səbəblərdən bir-birinə yaxındırlar. Amerikanın Crux katolik portalının qeyd etdiyi kimi, onların “klerikal vertikalın” böyük təsiri altında olması eynidir. Şiələr Quranı Kitab və Təslimiyyət olaraq ayırırlar ki, katoliklərin Bibliyaya münasibəti üçün də bu, səciyyəvidir. Hər ikisinin hadisələrə dərin mistik baxışı var. İran yazıçısı Reza Aslanın fikrincə, islam qanununun şiə din xadimləri tərəfindən səmərəli təfsiri elastiklik yaradır, Quranı hərfi mənada oxumağa sadiq olan islamın sünni versiyasında bu, çox vaxt mümkün deyil. Aslan hesab edir ki, şiə təsiri olan cəmiyyətlər demokratiya, insan hüquqları və plüralizmlə bağlı təcrübələrə daha çox meylli ola bilər” (bax: Regnum).

Məlumdur ki, dialoq qurulması üzrə uzunmüddətli Vaşinqton-Tehran danışıqları zamanı Müqəddəs Taxt vasitəçilik rolu oynadı. Buna görə təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani ilk xarici səfərini Vatikana edib.

İranla ortaq tarixi olan Azərbaycan sovet hakimiyyəti dövründə kəsilmiş və müstəqillik əldə edildikdən sonra 1997-ci ildə Vatikana səfər edən və 2002-ci ilin mayında Papa İohann Pavel II-ni şəxsi qonağı kimi qəbul edən Heydər Əliyevin hakimiyyəti dövründə bərpa olunan münasibətlər ənənəsindən irəli gələrək, bu dinlərarası dialoqda yer alır. Bu səfər təkcə Vatikanın diplomatik iştirakını təmin etməyib, həm də 2006-cı ildə Bakıda Müqəddəs Məryəm Kilsəsinin tikintisindən sonra katolik kilsəsinin açıq fəaliyyəti üçün yol açıb.

Bu gün Bakı və Vatikan dialoqun üç istiqamətini yaxınlaşdırır: ekumentik, konfessiyalararası və sivilizasiyalararası. Təsadüfi deyil ki, Papanın Gürcüstana və Azərbaycana səfəri Bakıda İlham Əliyev və ailəsinin nümayişkaranə şəkildə təbliğ etdiyi növbəti, Beşinci Sivilizasiyalararası Dialoq Forumu ilə eyni vaxta təsadüf edib. Əliyev etnik, dini və digər qrupların yaxınlaşması mövzusundan istifadə etməyə çox da müvəffəq olmur, belə ki, forumlarda məşhur fiqurları görmək olmaz. Buna onun demokratiya prinsiplərinə və Fransiskin parlaq daşıyıcısı olduğu müasir Katolik Kilsəsinin müddəalarına zidd olan insan hüquq və azadlıqlarının pozulması və genişmiqyaslı korrupsiya ilə səciyyələnən avtoritar idarəetmə üslubu mane olur.

Fransisk, bütün ömrü boyunca təvazökarlıq, sadəlik və insanlara qarşı mərhəmət təbliğ edib. Uşaq vaxtı valideynləri evdən əşyaları və yeməyi oğurlayıb kasıblara apardığı üçün onu cəzalandırırdılar, Argentina katolik kilsəsinin başçısı olarkən şəxsi avtomobildən imtina edib metro ilə gəzərkən ona dəli kimi baxırdılar. Fransiskin şəxsi aşbazı yoxdur, o, milyardlarla katoliklərin başçısıdır, prezident “maybax”ından imtina edərək Bakı küçlərində “hunday”la hərəkət etmişdir.

Əlbəttə, Əliyevlər ailəsi Fransiskin bu qəribəliyini başa düşür, Papanın adətən dövlət başçılarının qəbul edildiyi təmtəraqlı “Zaqulba” iqamətgahında deyil, daha təvazökar “Gənclik” iqamətgahında qəbul edilməsi buna dəlalət edir.

Əliyevlər çoxdan Roma katakombalarının, Vatikan kitabxanasının təmirinə, kilsələrin yenidənqurmasına vəsait yatırmaqla, Vatikana nəvaziş göstərir. Bununla onlar Müqəddəs Taxta beynəlxalq energetika və nəqliyyat layihələrində olduğu kimi, dinlərarası və sivilizasiyalararası dialoqda da körpü olmağa hazır olduqlarını, habelə Vatikanın maraqlı olduğu Ermənistanın iştirakı ilə Cənubi Qafqaz dialoqunun qurulmasına qarşı olmadıqlarını göstərirlər.

Papanın səfəri “Hamımız qardaşıq” barışıq nişanı altında baş tutub. Bir müddət əvvəl, iyunda Ermənistana səfərindən sonra Azərbaycana səfəri haqqında danışan Roma Papası deyib: “Mən azərbaycanlılarla gördüyüm həqiqət, hiss etdiklərim haqqında danışacağam. Əvvəllər Azərbaycan prezidenti ilə görüşmüşdüm, danışmışdım. Azərbaycanlılara deyəcəyəm ki, kiçik bir yerdə sülhün olmaması qaranlıq məsələdir. Mən bunu hamıya deyirəm: ermənilərə də, azərbaycanlılara da. Ola bilər ki, onlar sülhə aparan yolda razılıq əldə edə bilmirlər, amma onlar bunun üzərində işləməlidirlər. Həmin vaxt qəlbimdən nə gəlsə, onu deyəcəyəm, irəliləməyə imkan verəcək çıxış yolu tapmağa çalışmaq lazımdır.

Əliyev Vatikanın Ermənistanla ədalətli sülh əldə edilməsində və sivilizasiyalararası dialoq qurulmasında iştirakına ümid edir. “Sizin Azərbaycana səfəriniz Azərbaycan-Vatikan münasibətləri üçün, o cümlədən sivilizasiyalararası dialoq üçün böyük əhəmiyyət daşıyır”, deyə Əliyev Roma Papası Fransisklə görüşdə bildirib. Amma mövqeləri yaxınlaşdırmaq və ikitərəfli münasibətlərdən lazımi səmərəni əldə etmək üçün, xüsusən bu gün Papa Fransiskin etiqad və təbliğ etdiyi sosial katolisizmin əxlaq prinsipləri kontekstində, İlham Əliyev öz siyasətinə və baxışlarına sosialyönümlü və ədalətli dövlət istiqamətində düzəlişlər etməlidir.

Ana səhifəAnalitikaEkumenik səfər