Əksər diplomatlar məhkəməyə buraxılmayıb (yenilənib)

“Turan İA”-nin direktoru Mehman Əliyev, siyasilərdən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Avropa Birliyinin, Böyük Britaniyanın, Hollandiyanın, Almaniyanın və digər diplomatları məhkəmə binasından kənarda qalıb

Source:


16.35. Meydan TV-nin əməkdaşının məhkəmə binası qarşısından verdiyi məlumata görə, məhbus jurnalist Xədicə İsmayıla hökm  sentyabrın 1-də saat 14-də oxunacaq.


“Turan İA”-nin direktoru Mehman Əliyev, siyasilərdən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Avropa Birliyinin, Böyük Britaniyanın, Hollandiyanın, Almaniyanın və digər diplomatları məhkəmə binasından kənarda qalıb

Avqustun 31-də araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsinə qatılmaq istəyən siyasilər, ictimai xadimlər və əksər diplomatlar prosesə buraxılmayıb.

Bu barədə Meydan TV-nin əməkdaşı bildirib ki, “Turan İA”-nin direktoru Mehman Əliyev, siyasilərdən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Avropa Birliyinin, Böyük Britaniyanın, Hollandiyanın, Almaniyanın və digər diplomatları məhkəmə binasından kənarda qalıb.

Ana səhifəXəbərlərƏksər diplomatlar məhkəməyə buraxılmayıb (yenilənib)