“Əgər şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onun üçün peyvənd əks-göstərişdir”
Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikatı”nın verilməsi qaydasını açıqlayıb.
19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim
edirlər
.
“Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”, – baş həkim deyib.
Avqustun 9-dan vaksinlərə qarşı əks göstərişləri olan insanlara “Əks göstəriş sertifikatı”nın verilməsinə
başlanıb
.