Əkrəm Əylislinin barmaq izləri götürülüb

Yazıçı Əkrəm Əylisliyə Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli


Yazıçı Əkrəm Əylisliyə Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib

Aprelin 8-də yazıçı Əkrəm Əylislidən Hava Nəqliyyatı Polis İdarəsinin istintaq şöbəsində əl barmaq izləri və DNK analizi üçün nümunə götürülüb.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Yazıçı Əkrəm Əylisliyə Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib.

“Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 15 sentyabr 1981-ci il təvəllüdlü Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə göymütül qançır yaranıb”,-yazıçıya irəli sürülən ittihamda belə deyilir.

Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ana səhifəXəbərlərƏkrəm Əylislinin barmaq izləri götürülüb