”Əgər suyu özümüzünkülər zəhərləyirsə…”

Sudan zəhərləndikləri güman edilən uşaqlar 2 saylı Uşaq Klinik Xəstəxanasına gətirilib. Valideyn Aysel Paşayeva deyir ki, su içəndən sonra oğlu qaytarıb, halsız olub. O düşünür ki, zəhərlənməyə səbəb Ceyranbatan su anbarıdır:

“Heç nə yazmırlar. Elə-belə bir iynə vurublar. Elə bağırsağı yuyub, yola salırlar”.

Xəstəxananın həkimləri açıqlama vermək istəmədilər.

Son üç gündə 119 uşaq infeksiya ehtimalı ilə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Müraciətlərin çoxu halsızlıq, zəhərlənməyə bənzər əlamətlərlə əlaqədardır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA-ya deyib ki, müraciət edənlər 2-5 yaş arası uşaqlardır.

Ana səhifəVideo”Əgər suyu özümüzünkülər zəhərləyirsə…”