Ölkə başçısı İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb
“Siyasi məhbus” siyahısından azadlığa buraxılanların siyahısı:
Abdullayev Valeh (2012 “Eurovision” işi)
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Fail (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elnur (AXCP üzvü)
Şəkərov Saday (yazıçı).
İlqar Məmmədov, Əli İnsanov, İlkin Rüstəmzadə, Seymur Həzi və başqa tanınmış şəxslərdən heç birinin adı əfv siyahısında yoxdur. Sərəncam ümumilikdə 600-dən çox adama şamil edilib.
Azadlığa buraxılanların tam siyahısı
burada.
Sonuncu əfv sərəncamı 2017-ci ilin martın 16-da imzalanıb. Sərəncamda AXCP-nin gənc fəalı Elvin Abdullayevin, Facebookda “Yaltaqlara dur deyək” kampaniyası aparan ictimai fəal Əbdül Əbilovun, İsmayıllı hadisələrinə görə tutulan Cəfər Cəfərovun, Səxavət Səmədovun, jurnalist Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, digər qohumu Rövşən Zayıdov, Meydan TV-nin rəhbəri Emin Millinin şərti azadlığa buraxılmış qaynı Nazim Ağabəyovun adları var idi.