”Novruz” ərəfəsində yeni əfv sərəncamının imzalanacağı gözlənilir
Fevralın 28-də Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası olub.
“Turan” iclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxıldığını yazıb. Üzvlərin müraciətlərin əksəriyyətinə müsbət rəy verdiyi deyilir.
Xəbərdə il ərzində komissiyada baxılmış müraciətlərin sayının 350-ni ötdüyü bildirilir. Komissiyaya göndərilən müraciətlərin ümumi sayı isə 800-dən çoxdur.
Komissiya bu həftə yenidən toplanacaq.
Prezident yanında Əfv Məsələləri Komissiya ilk dəfə 2017-ci il fevralın 16-da toplanıb. Ardınca daha bir iclası olmuşdu.
Komissiya üzvləri “Novruz” bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.