Əfqan Muxtarlının apelyasiya şikayətinə baxılır

Zərəçəkən məhkəməyə gəlməyib

Source:
Əfqan Muxtarlı
Əfqan Muxtarlı


Zərəçəkən məhkəməyə gəlməyib

Martın 2-də Şəki Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının apelyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. Şikayətdə Balakən Rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilir. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilir.

Vəkil Nemət Kərimlinin “Turan”-a verdiyi məlumata görə, jurnalist ifadəsində Gürcüstanda oğurlanması, Azərbaycan sərhəd-keçid məntəqəsində təhvil verilməsi, cibinə 10 min avro pul qoyulması barədə məlumat verib. O hesab edir ki, Azərbaycan hökumətinin sifarişi və Gürcüstan hökumətinin razılığı ilə oğurlanıb.

“Mən Azərbaycan ordusuna ayrılan maliyyə vəsaitinin mənimsənilməsi, Əliyevlərin Göygölü zəbt etməsi, villaları, ailənin Gürcüstandakı biznes fəaliyyəti haqda silsilə araşdırmalar aparmışam. Bu səbəbdən hesab edirəm ki, şəxsən İlham Əliyevin göstərişi ilə həbs olunmuşam”, – Əfqan Muxtarlı məhkəmədə deyib.

Cinayət işi üzrə Qafur Məmmədov adlı zərərçəkən məhkəməyə gəlmədiyindən proses martın 14-dək təxirə salınıb.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. 2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum

edilib

.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının apelyasiya şikayətinə baxılır