Dubaydan Qəbələyə aviareys açılır

”Viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik”

Source:


”Viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik”

“FlyDubai” aviaşirkəti Dubay-Qəbələ reysini həyata keçirməyə hazırlaşır. Məlumatı APA yayıb. Bildirilir ki, aviareyslər bu il iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.

“FlyDubai” Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Uçuş həftədə 2 dəfə (cümə axşamı və şənbə) olacaq.

“Viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq”, – deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.

Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə deyib ki, Dubay-Qəbələ aviareysinə tələbat yüksək olacaq.

Ana səhifəXəbərlərDubaydan Qəbələyə aviareys açılır