DTX: Terrorçuluqda şübhəli bilinən livanlılar məsuliyyətə cəlb edilib

Bildirilib ki, müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycanın işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir

Source: Specify Source


"Muzd müqabilində işğal altında olmuş ərazilərdə hərbi əməliyyatlarda iştirak etmələrinə əsaslı şübhələr yaranıb”

"Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan cinayət məsuliyyətinə cəlb olunub".

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti məlumat

yayıb

.

Bildirilib ki, müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycanın işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir:

“Aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb”.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında cinayət işi üzrə Viken Eulcekcianın Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi qeyd edilib.

Ana səhifəSiyasətDTX: Terrorçuluqda şübhəli bilinən livanlılar məsuliyyətə cəlb edilib