Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib

Komitənin funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürüldü

Source:


Komitənin funksiyaları

Əmlak Məsələləri Dövlət Komitəsi

,

Dövlət Sərhəd Xidməti

 və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürüldü

Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.


APA

-nın məlumatına görə, fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı

Prezident Administrasiyası

na təqdim etmək sahəsindəki funksiyaları

Əmlak Məsələləri Dövlət Komitəsi

nə verilir.

Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.

Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Dövlət Sərhəd Xidməti

 ilə birlikdə həyata keçirir.


Nazirlər Kabineti

 iki ay müddətində daşınmaz əmlaka növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına dair təkliflərini, habelə torpaq sahəsinin plan və ölçüsünün vahid nümunəsinə və təsvirinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək, eləcə də prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 2  ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.


Nazirlər Kabineti

 həmçinin

Nazirlər Kabineti

nin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.


Ədliyyə Nazirliyi

 isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib

Nazirlər Kabineti

nə məlumat verməlidir.

Ana səhifəXəbərlərDövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib