Dövlət sərhədlərinin bağlanması müddəti uzadıldı

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanın dövlət sərhədinin bağlanması müddətinin uzadıldığını bildirib.

Source:


Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanın dövlət sərhədinin bağlanması müddətinin uzadıldığını bildirib.

Sərhədlərin bağlanma müddəti iyunun 15-ə qədər uzadılıb.

Məlumatda qeyd edilib ki, qərar COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində verilib. Bildirilib ki, əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ilk olaraq fevralın 29-da İranla sərhəd bağlanmışdı. Daha sonra Gürcüstan, Rusiya və Türkiyə ilə də sərhədlər bağlandı. İlkin olaraq sərhədlərin mayın 31-ə qədər bağlı olması haqda qərar verilmişdi.

Ana səhifəXəbərlərDövlət sərhədlərinin bağlanması müddəti uzadıldı