ReAl Hərəkatının sədri İlqar Məmmədov həbsdən yazır
Meydan TV rus dilində yazılmış məqalənin tərcüməsini sizə təqdim edir.
Sənətşünaslıq mühazirəsində müəllimimiz bir rəssamın yaradıcılığını xarakterizə etmək üçün deyilmiş ifadəni sitat gətirdi: “İnsan insana maneədir”. Bu deyim həmin rəssamın yaşadığı dövrün idealları ilə-“insan insana dostdur,yoldaşdır və qardaşdır”- ziddiyyət təşkil edirdi və demək olar ki, həmin dövrün insanlarının təkcə estetik baxışlarına təsir etmirdi.
Bizim hakimiyyət vətəndaşla məmurun bilavasitə əlaqəsinin aradan qaldırılması üçün ehtiyac olan “korrupsiyaya maneə olan növbəti çoxmilyonluq oyuncağı ilə öyünərkən”, mən o məzəli xarakterizəni xatırlayıram. Çünki korrupsiya ilə mübarizədə elektron medotlarının üstün olması:
1) İlk qarşısına çıxan insana rüşvət alıb-verməyə hazır olmaqda bizim bütün vətəndaşlardan alçaldıcı şəkildə şübhələnir;
2) Hazırkı hakimiyyətin korrupsiyaya qarşı insanlardan asılı olan, bəli-bəli, insanlardan və onların qarşılıqlı əlaqələrindən asılı olan institusional maneələr yaratmağı bacarmamasının etirafıdır, məsələ heç də ünsiyyətin rəqəmsal məhdudlaşdırıcılarında deyil.
Korrupsiyaya qarşı olan elektronlaşmanın məntiqilə getsək, belə çıxır ki, azərbaycanlı azərbaycanlıya canavar və maeədir, amma əsla tərbiyəli və dürüst qonşu deyildir.
Məgər komputer texnologiyaları yaranmasına qədər Avropa və Amerika ölkələri, Rusiyanı istisna etmədən, tamamilə korrupsiya çirkabına bulaşmışdılar? Məgər internetin yaranmasınadək olan dövrlərdə oralarda rüşvətsiz və gecikdirmə olmadan arayış və ya lisenziya alınması mümkün deyildi? Bəlkə torpaq sahəsindən neft çıxan kəndli Zeynalabdin Tağıyev çar dövründə kupça və ya lisenziyanı rəsmiləşdirə bilmədiyi üçün yoxsul qaldı?
Və ya o ölkələrdə seçki məntəqələrində müşahidə kameraları olmadan ədalətli seçkilər keçirilmirdi? Yeri gəlmişkən, müşahidə kameraları indi də oralarda yoxdur. Tarixin müxtəlif vaxtlarında korrupsiyanın qarşısını alan, sonralar təkmilləşmiş və ya yenidən qurulmuş müxtəlif institutlar mövcud olmuşdur.
Amma onların hamısı insanlardan asılı idi və bu xüsusiyyət ictimai dəyərlərin yüksəlməsini və ya pisləşməsini əks etdirirdi, cəmiyyətə öz problemlərini görməyə, onların həll edilməsinə və ya laqeydlik göstərməyə imkan verirdi. Dövlət xidmətlərinin kompüterləşdirilməsi ideologiyası, ilk növbədə, vətəndaşların, həmçinin dövlət və digər institutlarla olan qarşılıqlı əlaqələrinin sürətini və effektliliyini artırmaq məqsədi daşımalıdır.
Əlavə olaraq bu cür layihələr korrupsiyanın da bir qədər azalmasına xidmət edəcək. Amma məqsəd olaraq korrupsiya hədəfə alınmamalıdır. Bu effektli deyil və əsasə məqsəddən yayındırır. Əks halda biz cari ilin 8 yanvarındakı mənzərənin şahidi oluruq: sərhəddə sahibkarlarla polis və gömrükçülər arasında kütləvi dava olur, televiziya kanalları isə ictimai narazılıqla bağlı xəbərin qarşısını almaq üçün xalqa elə həmin gün ərzində 10 dəfə gömrük xidmətinin korrupsiyaya qarşı növbəti kompüter yenilikləri barədə reportaj göstərirlər.
Tərcümə etdi: Darbuka Filip