”Hakimiyyəti əlavə addımlar atmağa və öz əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbs edilən şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Leyla və Arif Yunuslarla bağlı bəyanat verib:
“ABŞ Leyla və Arif Yunusların təxirəsalınmaz tibbi yardım üçün xaricə getməsinə icazə verilməsilə bağlı Azərbaycan hakimiyyətinin addımını alqışlayır.
Biz qəti şəkildə əminik ki, ifadə azadlığının genişləndirilməsi və siyasi həyatda iştirak Azərbaycanda vəziyyətin yaxşılaşması və ikitərəfli münasibətlərimiz üçün çox şeylər edir.
Biz hakimiyyəti əlavə addımlar atmağa və öz əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbs edilən şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”, -bəyanatda deyilir.
”Turan” IA