Azərbaycanda bir dəfəyə 88 şirkət ləğv edilib.
“Turan İA” müəyyən edib ki, ləğv edilən şirkətlərə bir nəfər rəhbərlik edib və o, büdcə dövlət büdcəsi vəsaitlərini “havaya sovurub”.
Müxtəlif yollarla dövlət vəsaitlərinin oğurlanması barədə çox deyilib və konkret faktlar gətirilib. Hesablama Palatası da belə faktlarla mübarizə apardığını bildirir. Amma məhz “Turan İA” dövlət vəsaitlərinin “mənimsənilməsinin” klassik metodunu üzə çıxarıb. Burda bir günlük şirkətlər “birinci skripkadır”.
Agentlik ləğv edilən 88 şirkətin siyahısının əldə etdiyini bildirib: “Onlar 2013-cü ilin fevral-avqustunda əslən Astaradan olan gənc bakılı R.R.S tərəfindən yaradılıb. Sosial şəbəkələrdəki profilinə görə, Bakı Biznes Kollecinin məzunu sadə yaşayır: yüzə qədər şirkətin sahibi dəbdəbəli avtomobillərinin fotolarını paylaşmır, profil fotosunda qar üstünə uzanıb. Cüzi kapitallı yeni şirkətlər (hərəsi 10 manat) bütün dövlət strukturlarının tender və kotirovkalarında (XİN, DİN, təhsil, səhiyyə, ədliyyə, ekologiya, gənclər və idman, mədəniyyət və turizm nazirlikləri, RYTN, DSMF, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətləri, AMEA və s.) iştirak edib və qalib gəlib. Yalnız Prezident Administrasiyasının İşlər İdarəsi istisna ola bilər”.
“Turan İA” hesablayıb ki, R.R.S-in indi ləğv edilən şirkətləri 3 mln 677 min 569,72 manatlıq 115 saziş imzalayıb. Tender predmeti xüsusi ixtisas tələb etməyən fəaliyyətlərdir – müxtəlif tədbirlərin təşkili, mal və işlərin satın alınması. Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 866 manatlıq müqavilə bağlayıb. Nə tender komissiyaları, nə Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi məlumata görə, (Vergilər Nazirliyi) zəruri kadr potensialı olmayan bir şəxsin külli miqdarda dövlət vəsaitlərinin talan etməsini “sezməyib”.
İqtisadçı ekspert, ReAl hərəkatının İH üzvü Natiq Cəfərli bildirib ki, bir günlük şirkətlər virtual büdcə xərclərini, məsələn, təmir-tikinti işlərini sənədləşdirmək üçün yaradılır. Büdcə işlərində, xüsusən ƏDV mənimsəmək üçün belə şirkətlərdən istifadə adi hadisədir, deyə o qeyd edib.
“İqtisadi Təşəbbüslərə Yardım” İB-nin sədr müavini Rövşən Ağayev hesab edir ki, belə şirkətlər korrupsiya mexanizmləri vasitəsilə yuyulan dövlət vəsaitlərinin izini itirmək üçündür: “Sazişlər belə şirkətlərin adına rəsmiləşdirir, nağdlaşdırma əməliyyatı aparıb həmin vəsaitlərin müəyyən hissəsini mənimsəyib, qısa müddət sonra həmin müəssisələri bağlayırlar. Bu, ictimai vəsaitləri oğurlamağın klassik üsullarından biridir. Vergi yoxlaması, Hesablama Palatasının auduti gəlmədən yoxa çıxırlar”.