Sonuncu hərracda USD/AZN rəsmi məzənnəsi 1,7575 səviyyəsində müəyyənləşdirilib
Dekabrın 22-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankın saytının yaydığı məlumata əsasən, hərrac 1 ABŞ dolları üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,7620 məzənnəsi ilə yekunlaşıb.
AMB-nin sonuncu hərracında USD/AZN rəsmi məzənnəsi 1,7575 səviyyəsində müəyyənləşdirilib.