Dolların məzənnəsi dəyişməz qalıb

Source:

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-nin məlumatına görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7742 səviyyəsində qalıb.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.

Ana səhifəXəbərlərDolların məzənnəsi dəyişməz qalıb