Növbəti valyuta hərracı keçirilib
İyunun 22-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.
İyunun 22-də də rəsmi məzənnəyə görə, 1 dollar 1.7022 manat olmuşdu.
Son 3 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənib. 1 dollar 1 manat 90 qəpikdən 1 manat 70 qəpiyə düşüb.
İqtisadçı Natiq Cəfərli manatın möhkəmlənməsinin iqtisadi əsasının olmadığını deyir.