Manata nəzərən Avrozonanın vahid valyutası 0,008 manat və ya 0,67 faiz azalaraq 1,1805 manat olub
Bu gün avqustun 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 28-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04 faiz artaraq 1,0479 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,008 manat və ya 0,67 faiz azalaraq 1,1805 manat olub.
Manata nəzərən Rusiya rublu 0,007 manat və ya 4,60 faiz bahalaşaraq 0,0159 manat olub.