Avro və rubl da bahalaşıb
Bu gün dekabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 23-ü ilə müqayisədə 0,03 faiz və ya 0,0005 manat artaraq 1,5528 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,03 faiz və ya 0,0004 manat azalaraq 1,6974 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 1,83 faiz və ya 0,0004 manat bahalaşaraq 0,0223 manat olub.