Dollar hərracda yenə bahalaşdı

2017-ci ilin ilk valyuta hərracı keçirilib

Source:
Dolla by sosial şəbəkə
Dolla by sosial şəbəkə

Yanvarın 5-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə ilin ilk ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb, 1,7742 məzənnəsi ilə bitib.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.

Ana səhifəXəbərlərDollar hərracda yenə bahalaşdı