Dollar hərracda bahalaşıb

Oktyabrın 25-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun (DNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib

Source:
Milli Bank
Milli Bank

Oktyabrın 25-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun (DNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nın məlumatına görə, hərracda 1 dollar 1.6211 manat məzənnəsi ilə başlayıb və 1.6291 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son bir həftədə əksinə, dollar yenə manat qarşısında dəyər qazanır.

Ana səhifəXəbərlərDollar hərracda bahalaşıb