Dollar bahalaşdı, avro ucuzlaşdı

Source:

Bu gün iyulun 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz bahalaşaraq 1,0492 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0036 manat və ya 0,03 faiz ucuzlaşaraq 1,1539 manat olub (APA).

Ana səhifəXəbərlərDollar bahalaşdı, avro ucuzlaşdı