Dollar 1.75 manata yaxınlaşdı

Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır

Source:

Azərbaycan Mərkəzi Bankı


Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır

Azərbaycan Mərkəzi Bankında (AMB) dekabrın 13-ü Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərrac 1 ABŞ dolları üzrə 1.7430 məzənnəsi ilə başlayıb və 1.7475 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

Ana səhifəXəbərlərDollar 1.75 manata yaxınlaşdı