Dollar 1,04, avro 1,09 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb

Bu gün yanvarın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 15-i ilə müqayisədə 0,0164 manat və ya 1,04 faiz artaraq 1,5870 manat olub.


Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 1,09 faiz və ya 0,0187 manat artaraq 1,7293 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 1,04, avro 1,09 faiz bahalaşıb