Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63 faiz artaraq 0,0158 manat olub
Bu gün sentyabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05 faiz artaraq 1,0486 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0096 manat və ya 0,82 faiz azalaraq 1,1667 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63 faiz artaraq 0,0158 manat olub.