Dollar 0,03 faiz ucuzlaşıb, avro 0,54 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat səviyyəsində qərarlaşıb

Bu gün sentyabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0003 manat və ya 0,03 faiz azalaraq 1,0480 manat olub.

 Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0063 manat və ya 0,54 faiz artaraq 1,1795 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,03 faiz ucuzlaşıb, avro 0,54 faiz bahalaşıb