Bu gün iyulun 24-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə azalıb.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 1,0492 manat təşkil edib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,28 faiz artaraq 1,1547 manat olub.