Dollar 0,01 faiz ucuzlaşıb, avro 0,24 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78 faiz azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78 faiz azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb

Bu gün oktyabrın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0489 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0028 manat və ya 0,24 faiz artaraq 1,1605 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78 faiz azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,01 faiz ucuzlaşıb, avro 0,24 faiz bahalaşıb