Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9 faiz azalaraq 0,0155 manat olub
Bu gün sentyabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 4-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0485 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17 faiz artaraq 1,1687 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9 faiz azalaraq 0,0155 manat olub.