Dollar 0,01 faiz bahalaşdı, avro 0,24 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65% artaraq 0,0155 manata yüksəlib

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65 faiz artaraq 0,0155 manata yüksəlib

Bu gün sentyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz artaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0029 manat və ya 0,24 faiz azalaraq 1,1862 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65 faiz artaraq 0,0155 manata yüksəlib.

Ana səhifəXəbərlərDollar 0,01 faiz bahalaşdı, avro 0,24 faiz ucuzlaşdı