Azərbaycan öz kəndlisinə dizel yanacağını xarici ölkəyə satdığından 231 manat baha satır
Benzinin xarici ölkələrə Azərbaycanda satıldığı qiymətdən 3 dəfə ucuz satılması ilə bağlı bir neçə il öncə jurnalist araşdırması aparmışdım və hər şey sənədlərlə sübut olunduğu üçün hökumət tərəfdən heç bir təkzib gəlməmişdi. Əhatəli ictimai müzakirələrə səbəb olan fərqlə bağlı izahlar da əsaslı olmamışdı.
Sonrakı illərdə də bu fərqi mətbuat izləyir, barəsində xəbər və analizlər yazılırdı. Təbii ki, hər zaman eyni sual səslənirdi: axı niyə Azərbaycan benzini öz vətəndaşlarına xarici ölkələrə satdığı qiymətdən hədsiz baha satmalıdır?
Sonradan Azərbaycan artıq sənədlərdə benzin satışı ilə bağlı məlumat vermədi. Daha doğrusu, bildirildi ki, ölkəmiz benzin ixrac etmir. Bunun səhih olmadığına isə əldə sübutlarımız yoxdur.
Amma nəhayət SOCAR xaricə satılan yanacaqla bağlı son xəbərləri açıqlamışdır (
http://www.socar.gov.az/socar/az/ne…
).
http://www.socar.gov.az/socar/az/ne…
).
Burada yenə də benzinlə bağlı məlumat yoxdur. Bəs biz nədən dizel yanacağının qiymətinə nəzər yetirməyək.
Həmin məlumata görə:
Dizelin xaricə satıldığı qiymət: (1 ton) – 292,8 $ / 483 AZN;
Ölkə əhalisinə satılan qiymət isə: (1 ton) – 432 $ / 714 AZN.
(Bu qiymət isə Tarif Şurasının 14 yanvar 2015-ci il qərarında götürülüb –
http://www.tariffcouncil.gov.az/?%2…
)
http://www.tariffcouncil.gov.az/?%2…
)
Fərqi görürsünüz: 231 AZN=140 $
Deməli, Azərbaycan öz kəndlisinə dizel yanacağını xarici ölkəyə satdığından 231 manat baha satır.
Niyə kəndlini misal çəkirik? Əslində, dizel yanacağı nəqliyyat üçün daha çox istehlak olunur. Amma hökumətin öz statistikana istinad etsək, yalnız kənd təsərrüfatı sahəsində 329 min ton dizel yanacağı istifadə edilir. İqtisadiyyatı şaxələndirdiyini bəyan edən, kənd təsərrüfatının inkişafı üçün proqramlar həyata keçirən, subsidiyalar ayıran hökumət niyə bu fərqə yol verməlidir? Niyə məhsul yetişdirən kəndlidən bu qədər artıq pul alınmalıdır?
Əldə yalnız 2014-cü ilin statistikası var. Ölkə daxilində dizel istehlakı -1280 min tondur, bunun 329 mini tonu (25.7%) kənd təsərrüfatı, meşəçilik və balıqçılıq təsərrüfatına sərf edilir – demək olar ki, kənd təsərrüfatına. Nəzərə alın ki, nəqliyyat burada nəzərdə tutulmur, bu, birbaşa vacib istehsalat tələbatıdır.
Deməli, hökumət 329 min tonu dizeli kəndliyə satmaqla xaricə satdığından təxminən 76 milyon manat əlavə pul qazanır. Subsidiyalarla bağlı rəsmi qurumların açıq məlumatlarında ümumi göstəriciləri tapa bilməsək də, bəzi xəbərlərdə fermerlərə 2015-ci ildə yanacaq və motor yağına görə təxminən 17 milyon manat yardım edilib (bu yardımların necə paylanılması da bir ayrı söhbətdir). Deməli, kəndliyə dizeli baha satıb 76 milyon qazanırlar, sonra da 17 milyon güzəşt edib yardımdan danışırlar.
Ölkə iqtisadiyyatını dirçəltmək üçün dizellin ucuz olması bir yana, dünya bazarı qiymətində, yəni xaricilərə satdığımız qiymətdə olması eləmi çətindir? Axı yanacağın bu cür bahalığı əsasən kənd təsərrüfatı olmaqla, iqtisadiyyata amansız zərbədir
.
.
www.facebook.com/notes/shahveled-chobanoglu