Dini inanclı şəxslərin kütləvi həbs olunduğu bildirilir

Həbs. Foto: Meydan TV

Onların hər birinə narkotik ittihamı verilib

Son günlərdə Azərbaycanda dini inanclı şəxslər kütləvi şəkildə həbs olunur. Bu həbslər bütün ölkə boyu – istər paytaxtda, istərsə də müxtəlif bölgələrdə aparılır. Həbs olunanlara qarşı narkotik ittihamı irəli sürülür. Qeyri-rəsmi məlumatlara görə, həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb.

Müsəlman Birliyi Hərəkatının (MBH) məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.

Bugünlərdə həbs olunan MBH üzvü Cavid Allahverdiyev toyundan cəmi iki gün sonra tutulub.

Həbs olunanlar arasında keçmiş Nardaran məhbusları da var – Nahid Qəhrəmanov, Etibar İsmayılov, Şamil Abduləliyev… Təşkilatın bir çox üzvü son günlərdə həbs olunub. Cavid Allahverdiyev toyundan cəmi iki gün sonra həbs edilib – bu, heç bir mənəvi, əxlaqi çərçivəyə sığmır. Cinayət törətmiş olsaydı, başqa məsələ. Ona qarşı da narkotik ittihamı irəli sürülüb. Müsəlman Birliyi Hərəkatının daha 6 üzvünə isə inzibati həbs cəzası verilib. Onlardan biri – Nizami Əhməd inzibati həbsdən buraxılan kimi barəsində cinayət işi başlanıb, yenidən həbs olunub”, – hərəkatdan bildirilib.

“Müsəlman Birliyi” Hərəkatı
Foto: Müsəlman Birliyi Hərəkatı

Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.

Həbslərin ikinci dalğası mart ayının birinci yarısında müşahidə olundu. O zaman üç gün ərzində ölkədə 30-dan artıq inanclı narkotik ittihamıyla həbs edildi. Aralarında 2018-ci ildə Gəncə hadisələrinə görə həbs edilən və sonradan azadlığa çıxmış şəxslər də vardı.

Yada salaq ki, həmin ərəfədə (martın 11-də) Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İrana məxsus hərbi təyyarənin Azərbaycanın hava sərhədini pozması haqda birgə bəyanat yaymışdı.

İnanclılara qarşı kütləvi həbslərin sonuncu dalğası isə deputat Fazil Mustafaya qarşı martın 28-də baş vermiş silahlı hücumdan sonra başlayıb. Rəsmi Bakı bu hadisədə İranın rolunu açıq şəkildə bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri hadisənin İrana dəlalət etdiyini göstərir.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, Azərbaycanda inanclıların kütləvi həbsinin İranla münasibətlərin kəskinləşməsi fonunla həyata keçirilməsi açıq-aşkar görünür. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki bir dövlət başqa bir dövlətlə pis münasibətlərinə görə öz vətəndaşına zülm eləyir ki, bu da yolverilməzdir:

Rüfət Səfərov
Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Mən istisna eləmirəm ki, saxlanılanlar arasında da kənar qüvvələrin təsiri altında olanlar ola bilər. Amma buna görə bütün inanclı adamları kütləvi şəkildə narkotiklə cəzaçəkmə müəssisəsilə doldurmaq çıxış yolu deyil. Hər bir əməlin öz sübutu, öz cəzası olmalıdır. Kim hansı işi görübsə, buyurun, sübut qoyun ortaya, biz də inanaq. Yoxsa inanclı adamları ucdantutma narkotik ittihamıyla istintaq təcridxanalarına dolduqmağın adı nədir?”, – Rüfət Səfərov bildirib.

İrandakı hazırkı rejimin nəinki Azərbaycan, bütövlükdə dünya üçün təhlükə olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, bu rejimə qarşı mübarizə öz vətəndaşlarına əziyyət verməkdən keçməməlidir. Rüfət Səfərov narkotik ittihamıyla həbs olunan inanclıların qanunda nəzərdə tutulan hüquqlarının pozulduğunu da xatırladıb: 

“Harda qaldı Konstitusiyanın, qanunların Azərbaycanın bu vətəndaşlarına verdiyi hüquq və azadlıqlar? Nə polisi, nə prokuroru, nə hakimi o Konstitusiyadan, nə qanundan üstün ola bilməz. Qanunu pozanın özü cinayətkardır. Təəssüf doğuran hal odur ki, bu ölkədə istintaqın, məhkəmənin hansı vəziyyətdə olduğunu bilən adamlar belə, həbs olunan inanclıları linç eləyir, ləkələyirlər. Bəs harda qaldı təqsirsizlik prezumpsiyası?”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə 400 nəfərin həbsindən xəbərsiz olduğunu bildirib. 

Meydan TV son vaxtlar həbs olunanlardan bir hissəsinin kimliyini müəyyənləşdirə bilib:

1. Nizami Əhməd

2 Rəşad Əliyev

3. Elşən Rəhimov

4. Azad Kərimov

5. Ceyhun Babaşov

5. Etibar İsmayılov

6. Mayıl Kərimov

7. Elvin Quliyev

8. İsmayıl İsmayılov

9. Tural Vəliyev

10. Bəhruz Quliyev

11. Cavid Allahverdiyev

12. Şamil Abduləliyev

13. Elçin Zeynalov

14. Nicat Ağayev

14. Alik Aslanov

15. Fədail Şükürlü 

16. Yasin Əhmədov

17. İlyas Qasımov

18. Kamil Mahmudov

19. Elxan İsmayılov

20. Mənsur Əliyev

21. Bilal Əsədov

22. Nahid Qəhrəmanov

23. Vüsal Alışov

24. Murad Abdullayev

25. Mehman Fətəliyev

26. Bəhruz Kərimov

27. Nihad Xəlilov

28. Kərbəlayi Hasil

29. Elvin Nəsirov

30. Samir İsayev

31. Bəxtiyar Babaşov

32 Rüstəm İsmayılov

33. Şahin Verdiyev

34. Hasil Rüstəmov

35. Rahid İbişov

36. Rövşən Cabbarov

37. Ramil Məmmədov

38. Sakif Ağabalayev

39. Elnur Meybullayev

40. Rza Rzayev

41. Tural Vəliyev

42. Eldəniz Ağayev

43. Amal Əhmədov

44. Ceyhun İlyasov

45. Nəriman Baxışov

46. Anar Xəlilov

47. Ülvi Əliyev

48. Mənsur Vəlişov

49. Siyasət Bağırov

50. Akif Hüseynli

51. Ağalar Ağayev

52. Ələkbər Sadıqov

53. Rza Kərimov

54. Ziya Tahirov

55. Şahin Bağırov

56. Dəyanət Süleymanov

57. Rüfət Qurbanov

58. Mahmudağa Ağayev

59. Vüsal Əsgərov

60. Anar Şöləyev

61. Qoşqar Həsənov

Ana səhifəSiyasətDini inanclı şəxslərin kütləvi həbs olunduğu bildirilir