15 nəfərin saxlandığı deyilir
Aksiyada saxlanılanlar sutkalıq həbs cəzası alıb. “Maide.az” saytının əldə etdiyi məlumata görə, 15 nəfər saxlanılıb. Onlardan
Məhəmməd Əsgər oğlu Həbibov 25 sutka, Salman Rəhimov 15 sutka, Fizuli Şahhüseynov 15 sutka, İmadəddin Məhərrəmov 10 sutka inzibati həbs cəzası alıb.
***
Vəkil Cavad Cavadov “Facebook” səhifəsində yazıb ki, namaz qıldığına və xütbə söylədiyinə görə həbs olunan Hacı Sərdar Babayevin barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmənin qanunsuz qərarından bu gün Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.
Vəkil ümid edir ki, Apelyasiya Məhkəməsi bu qanunsuzluğu aradan qaldıracaq.
***
Fevralın 24-də Masallıda Ruhanilər Məclisinin üzvü, ”
Maide.az
” saytının baş redaktoru Sərdar Babayevin həbsi ilə bağlı dinc etiraz aksiyası keçirlib. Bu barədə məlumatı “Maide.az” saytı yayıb.
Məlumatda bildirilir ki, Masallı cümə məscidində Sərdar Babayevin arxasında namaz qılan müsəlmanlar cümə namazından sonra onun həbs edilməsinə etiraz ediblər.
Əllərində ruhaninin şəkillərini tutan dindarlar, onun həbsini pisləyib və sərbəst buraxılmasını tələb edib.
Aksiya zamanı 15 nəfərin saxlanıldığı deyilir.
Masallı rayon Polis İdarəsindən Meydan TV-yə DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görüblər.
Nazirlikdən isə suallara cavab verilmir.