“Onlarla etdikləri əməlin nə qədər təhlükəli olduğu barədə söhbət aparılıb”
“Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bir qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıb”.
Daxili İşlər Nazirliyinin (DİN)
açıqlaması
nda belə deyilir.
Söhbət avqustun 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında məcburi köçkün qadınların yolu
bağlamağa
cəhd etməsindən gedir.
Onlar iddia edirdilər ki, məmurlar şikayətlərinə baxmır və komitədə onlara qarşı laqeyd münasibət var. Qısa müddətdə yolu kəsən qadınların aksiyasını polis dağıdıb. Videoda polisin vətəndaşlara qarşı zorakılıq etdiyi görünür.
DİN isə bildirir ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən yol bağlama cəhdinin qarşısı dərhal alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub:
“Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.